...

İsrail və ABŞ İrana kiberməkanda hücum edəcəklər - ekspert

Dünya xəbərləri Materials 9 Mart 2012 10:16 (UTC +04:00)
Stuxnet-in nümunəsi göstərdi ki, İsrail və ABŞ İrana kiberməkanda hücum edəcəklər.
İsrail və ABŞ İrana kiberməkanda hücum edəcəklər - ekspert

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbirlər S.İsayev, E.Tariverdiyeva/

Stuxnet-in nümunəsi göstərdi ki, İsrail və ABŞ İrana kiberməkanda hücum edəcəklər. Bu barədə Trend-ə kompyuter təhlükəsizliyi üzrə amerikalı mütəxəssis Bryus Şnayer deyib.

Onun fikrincə, hansısa ölkənin İrana kiberməkan vasitəsilə hücum etməsi üçün hansısa peşəkar hakerlərin köməyindən istifadə etməsi ehtimalı azdır.

"Görünür, bu ölkələr üçün kiberhücumlarda özünün hərbi mütəxəssislərindən istifadə etməsi daha asandır", - o deyib.

Stuxnet kibernetik silahın ilk nümunəsi kimi şöhrət qazanıb. 2010-ci ilin iyununda ilk dəfə İranda aşkar olunan Stuxnet virusu tədarük və istifadənin kompleks idarə olunmasını həyata keçirən dispetçer idarəetməsinin və məlumatların toplanmasının avtomatlaşdırılmış sisteminin (SCADA) köməyi ilə kompyuterlərin yoluxması üçün nəzərdə tutulmuş proqramdır.

KİV-in məlumatına görə, Stuxnet 2010-cu ilin iyulunda bütün dünyadakı sənaye kompyuterlərinə hücum edib. Hücumun əsas obyekti İranın Buşər AES-i olub.

Lakin İranın rəsmi şəxsləri bu məlumatı təkzib edərək bildiriblər ki, kompyuter virusu ölkənin sənaye obyektlərinin işində ciddi pozuntular yaratmayıb.

İranın xüsusi xidmət orqanları xəbərdarlıq ediblər ki, virus ölkənin hüdudlarından kənardakı kompyuterlərə yayılmaqda davam edəcək, çünki İrana qarşı tətbiq edilmiş sanksiyalar onun antivirus proqram təminatları əldə etməsinə mane olur.

Stuxnet virusunun mənbəyi müəyyən edilməyib. Belə hesab edilir ki, o, ABŞ və ya İsrail, yaxud hər iki ölkə tərəfindən hazırlanıb və tətbiq edilib.

Bu yaxınlarda İran ölkəyə xaricdən kompyuter təhlükəziliyi proqram təminatlarının gətirilməsinə qadağa qoyduğunu bəyan edib.

"Xarici kompyuter təhlükəsiziliyi üzrə proqram təminatlarından istifadə ümumiyyətlə heç nədən istifadə etməməkdən daha yaxşıdır. Xaricdən kompyuter təhlükəziliyi proqram təminatlarının gətirilməsinə qadağa İranda təhlükəsizliyin pozulması risklərini çox güman ki, artıracaq", - Şnayer deyib.

Xəbər lenti

Xəbər lenti