Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Rusiyanın "Qroznı-Avia" şirkətinin Simferopoldan Yerevana birbaşa reyslərin həyata keçirilməsinə dair ərizəsi qəbul edilməyib. Trend-in "Armenia Today"ə istinadən verdiyi məlumata görə, bunu Ermənistan hökuməti yanında Mülki Aviasiya Baş İdarəsindən deyiblər.
İdarənin mətbuat katibi Ruben Qrdzelyan bildirib ki, ərizə təqdim edilən sənədlərdəki çatışmazlıqlar səbəbindən qəbul edilməyib: "Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ərizəyə yenidən baxılacaq".
Xatırladaq ki, daha əvvəl Simferopoldan Yerevana aviareyslərin noyabrın 16-dan başlayacağı bildirilirdi.