...

Ərdoğan kəşfiyyat rəhbərinin istefasından narazıdır

Dünya xəbərləri Materials 9 Fevral 2015 10:52 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə kəşfiyyatının (MİT) rəhbəri Hakan Fidanın istefaya getməsindən narazıdır.
Ərdoğan kəşfiyyat rəhbərinin istefasından narazıdır

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə kəşfiyyatının (MİT) rəhbəri Hakan Fidanın istefaya getməsindən narazıdır. Trend xəbər verir ki, bu barədə bazar ertəsi "Milliyet" qəzeti dövlət başçısının sözlərinə istinadən məlumat yayıb.

Ərdoğan bildirib ki, o, artıq Fidanın istefası ilə bağlı Baş nazirlə danışıb: "Mən Fidanın istefasını dəstəkləmirəm. Eyni zamanda, mənim Baş nazir Əhməd Davudoğlunun işinə müdaxilə etmək haqqım yoxdur".

Türkiyədə kəşfiyyat rəhbərinin istefasını hökumət başçısı qəbul edir.

Qeyd edək ki, Hakan Fidan fevralın 7-də istefa verib.

MİT rəhbəri Türkiyədə bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində iştirak etmək niyyəti ilə istefa verib.

Hakan Fidan 2010-cu il mayın 25-də ölkə kəşfiyyatının rəhbəri təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti