...

Fransada fövqəladə vəziyyət rejimi altı ay müddətinə uzadılıb

Dünya xəbərləri Materials 20 İyul 2016 08:08 (UTC +04:00)

Bakı. Trend:

Fransa parlamentinin aşağı palatası ölkə ərazisində fövqəladə vəziyyətin qüvvədə olma müddətin uzadılmasının lehinə səs veriblər.

Trend-in RİA Novosti agentliyinə istinadən verilən məlumata görə, hökumət təmsilçisi Manuel Vals fövqəladə vəziyyətin 3 ay müddətdə qüvvədə olmasını təklif edib. Lakin deputatlar bu müddətin bir qədər də artırılmasını dəstəkləyiblər.

Ötən ilin noyabrında baş vermiş terror aktından sonra elan edilmiş fövqəladə vəziyyətin müddəti iyulun 26-da başa çatır.

Xəbər lenti

Xəbər lenti