...

101 yaşlı hindistanlı idmançı 100 metrlik məsafəni qət edib

Dünya xəbərləri Materials 25 Aprel 2017 03:42 (UTC +04:00)
101 yaşlı hindistanlı idmançı Man Kaur Yeni Zelandiyanın Oklend şəhərində keçirilən yarışda 100 metrlik məsafəni bir dəqiqə və on dörd saniyə nəticə ilə qət edib
101 yaşlı hindistanlı idmançı 100 metrlik məsafəni qət edib

Bakı. Trend:

101 yaşlı hindistanlı idmançı Man Kaur Yeni Zelandiyanın Oklend şəhərində keçirilən yarışda 100 metrlik məsafəni bir dəqiqə və on dörd saniyə nəticə ilə qət edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə BBC xəbər verir.

Ümumdünya veteran oyunlarında Kaur öz yaş dərəcəsində yeganə idmaçıdır. Yarışdan əvvəl həkimlər qadının səhhəti diqqətlə yoxlayıblar.

Qeyd edək ki, Man Kaur 93 yaşında idmanla məşğul olmağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti