...

Əfqanıstanda İraq səfirliyi yaxınlığında atışma baş verib

Dünya xəbərləri Materials 1 Avqust 2017 06:57 (UTC +04:00)
Əfqanıstanın paytaxtı Kabildə İraq səfirliyinə yaxınlığında baş vermiş canlı bomba hücumundan sonra təhlükəsizlik qüvvələri və silahlılar arasında atışma baş verib
Əfqanıstanda İraq səfirliyi yaxınlığında atışma baş verib

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə İraq səfirliyinə yaxınlığında baş vermiş canlı bomba hücumundan sonra təhlükəsizlik qüvvələri və silahlılar arasında atışma baş verib.

Trend "BBC" agentliyinə istinadən xəbər verir ki, səfirliyin darvazası önündə canlı bomba özünü partladdıqdan sonra üç silahlı içəriyə daxil olub.

Özünü İslam Dövləti (İŞİD) adlandıran qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Bir neçə saat çəkən atışmadan sonra, Əfqanıstan hakimiyyəti hücumun sona çatdığını və silahlıların öldürüldüyünü deyib.

İraq səfirliyi Kabilin mərkəzi Şər-e-Nav məhəlləsində yerləşir. Bu il şəhər İŞİD və Talibanın həyata keçirdiyi bir neçə ölümcül hücumların hədəfi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti