...

Kolumbiyada hərbçilərə hücum oldu - Günahkarı tapana 5 milyon peso mükafat vəd olunur

Dünya xəbərləri Materials 20 May 2019 10:00 (UTC +04:00)
Kolumbiyada hərbçilərə hücum olub.
Kolumbiyada hərbçilərə hücum oldu - Günahkarı tapana 5 milyon peso mükafat vəd olunur

Bakı. Trend:

Kolumbiyada hərbçilərə hücum olub. Trend-in məlumatına görə, naməlum şəxslərin hərbçilərin qrupuna qumbara atması nəticəsində 7 nəfər xəsarət alıb.

Məlumata görə, hadisə Teorama bələdiyyəsi ərazisindəki parkda konsert zamanı baş verib.

Hazırda yaralı hərbçilər xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükə olmadığı deyilir.

Hərbçilərə hücum edən şəxslərin saxlanılmasına yardıma edəcək şəxsə isə 5 milyon peso (1500 dollardan bir qədər artıq) mükafat vəd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti