...

Türkiyədə daşqın səbəbindən çox sayda ev su altında qalıb

Dünya xəbərləri Materials 6 İyul 2019 02:22 (UTC +04:00)
Türkiyənin Kastamonu vilayətindəki leysan yağışlar daşqına səbəb olub
Türkiyədə daşqın səbəbindən çox sayda ev su altında qalıb

Bakı. Trend:

Türkiyənin Kastamonu vilayətindəki leysan yağışlar daşqına səbəb olub.

Trend-in məlumatına görə, daşqın bir çox evləri su basıb, yolda hərəkət iflic olub.

Hesabata görə, Gökırmak çayının daşması səbəbindən səkkiz baş mal-qaranı su axınları aparıb. Sarımsaq sahələrinə də zərər vurulub.

Daşqın səbəbindən dəymiş ziyanın aradan qaldırılması üzrə işlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti