...

Vuçiç Putinlə görüşməyi planlaşdırır

Dünya xəbərləri Materials 20 Oktyabr 2019 03:29 (UTC +04:00)

Bakı. Trend:

Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya səfər edəcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə A.Vuçiç Rusiyanın baş naziri Dmitri Medvedev ilə birgə KİV qarşısında çıxışı zamanı deyib.

Serbiya prezidenti bildirib: "Prezident Putinə salamımı çatdırmağı sizdən xahiş edirəm. Mən dekabrın 4-də Soçidə bizim, səhv etmirəmsə 17-ci görüşümüzü sevinclə gözləyirəm".

A.Vuçiç Rusiya prezidenti ilə görüşü zamanı müzakirə ediləcək mövzular barədə məlumat verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti