...

Türkiyədə bir gündə ikinci dəfə gəmilər toqquşdu

Dünya xəbərləri Materials 10 Yanvar 2020 13:00 (UTC +04:00)
Türkiyədə Çanaqqala boğazında sərnişin bərəsi 26 metr uzunluğunda balıqçı gəmisi ilə toqquşub
Türkiyədə bir gündə ikinci dəfə gəmilər toqquşdu

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə Dardanel boğazında sərnişin bərəsi 26 metr uzunluğunda balıqçı gəmisi ilə toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Bərədə və balıqçı gəmisində olan sərnişinlər və heyət üzvləri təxliyə edilib.

Hadisənin səbəbləri məlum deyil.

Qeyd edək ki, bu, gün ərzində baş verən ikinci gəmi qəzasıdır. Belə ki, səhər saatlarında Türkiyədə Bosfor boğazında Rusiya bayrağı altında üzən tanker balıqçı gəmisi ilə toqquşub.

Hadisə nəticəsində balıqçı gəmisinin heyət üzvündən 3 nəfəri itkin düşüb, 3 nəfəri isə xilas etmək mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti