...

Fransada koronavirusdan ölənlərin sayı 14 mini ötüb

Dünya xəbərləri Materials 12 Aprel 2020 23:59 (UTC +04:00)

Bakı. Trend:

Fransada yeni növ koronavirusdan daha 315 nəfər dünyasını dəyişib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkə ərazisində ölənlərin ümumi sayı 14 393 nəfərə çatıb. Ölümlərdən 9 253-ü xəstəxanalarda, 5 140-ı isə qocalar evində qeydə alınıb.

Bildirilir ki, hazırda 6 845 nəfər reanimasiya şöbəsində saxlanılır. Ümumilikdə xəstəxanalarda 31 826 nəfər müalicə alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti