...

ABŞ-da "Green card"ların verilməsi 60 gün müddətinə dayandırılır

Dünya xəbərləri Materials 22 Aprel 2020 00:53 (UTC +04:00)
ABŞ-da "Green card"ların verilməsi 60 gün müddətinə dayandırılır

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp ABŞ-da daimi yaşayış hüququ verən "Green card"ların verilməsinin müvəqqəti dayandırılacağını elan etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə "The New York Times" nəşri xəbər yayıb.

Bildirilir ki, ABŞ hakimiyyəti koronavirus pandemiyasının mənfi iqtisadi nəticələrinə görə 60 gün müddətində ölkəyə immiqrantların qəbulunu dayandırır. Məhdudiyyətlər əksər "Green card" növlərinə şamil olunacaq. Tədbirin on minlərlə insana təsir edəcəyi qeyd edilir. Layihədə bəzi istisnalar nəzərdə tutulur. Məsələn, Amerika vətəndaşlarına həyat yoldaşlarını və uşaqlarını ABŞ-a gətirmək qadağan edilməyəcək.

Məlumatda bildirilir ki, ötən il ABŞ bu ölkədə daimi yaşamaq üçün müraciət edən 1 milyona yaxın insana müsbət cavab verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti