...

Kolumbiyada torpaq sürüşməsi nəticəsində xeyli sayda ölən və yaralı var

Dünya xəbərləri Materials 8 Fevral 2022 23:34 (UTC +04:00)
Kolumbiyada torpaq sürüşməsi nəticəsində xeyli sayda ölən və yaralı var

Bakı. Trend:

Kolumbiyanın qərbində yerləşən Pereyra şəhərində güclü yağışdan sonra torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 29 nəfər yaralanıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Kolumbiya Risklərin İdarəolunması üzrə Milli İdarəsi bildirib.

Hazırda ərazidə geniş axtarış-xilasetmə əməliyyatları aparılır.

Qeyd olunur ki, Doskebradas bələdiyyəsində torpaq sürüşməsi nəticəsində bir neçə yaşayış binası torpaq kütləsi altında qalıb. Yerli KİV-lər daha iki nəfər itkin düşdüyünü bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti