Bakı. Trend:
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland aprelin 2-dən 9-dək Fransa, Türkiyə, Yunanıstan, Kipr və Almaniyaya səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin açıqlamasında deyilir.
Məlumata əsasən, dövlət katibinin müavini səfər edəcəyi ölkələrdə Ukrayna ətrafındakı vəziyyəti və Rusiyaya qarşı sanksiyaları müzakirə edəcək.