Bakı. Trend:
Mərakeş Birləşmiş Millətlər Təşkilatının "Sivilizasiyalar Alyansı"nın IX Qlobal Forumuna (UNAOC) ev sahibliyi etmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə Xarici İşlər, Afrika Əməkdaşlıq və Xaricdə Yaşayan Mərakeşlilər üzrə İşlər naziri Nasser Burita bildirib.
Nazirliyin mətbuat xidməti bildirib ki, o, “Tanjer dialoqu” beynəlxalq konfransının açılışında çıxış edib. Tədbirin qonaqları arasında Sivilizasiyalar Alyansının ali nümayəndəsi, İspaniyanın keçmiş xarici işlər naziri Migel Anxel Moratinos da var.