...

Kiprdə istilər fonunda 3 meşə yanğını baş verib

Dünya xəbərləri Materials 25 İyul 2022 01:52 (UTC +04:00)
Kiprdə istilər fonunda 3 meşə yanğını baş verib

Bakı. Trend:

Kiprdə adada müşahidə olunan 40 dərəcə isti fonunda üç meşə yanğını baş verib.

Trend-in məlumatına görə, bu barədə adanın meşə təsərrüfatı departamenti bildirib.

Məlumata əsasən, yanğınlardan biri Larnaka vilayətinin tərk edilmiş Koşi kəndi yaxınlığındakı zibillik sahəsində qeydə alınıb, digər ikisi isə Nikosiya əyalətinin Nikitari və Tsakkistra kəndlərinə bitişik zonalardadır. Qeyd olunub ki, hər üç halda “departamentin yanğınsöndürən briqadalarının reaksiyası dərhal olub” və alovun yayılması qısa zamanda nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti