...

Türkiyənin xarici ticarət dövriyyəsi 350 milyard dolları ötüb

Dünya xəbərləri Materials 29 Avqust 2022 11:43 (UTC +04:00)
Türkiyənin xarici ticarət dövriyyəsi 350 milyard dolları ötüb

Bakı. Trend:

2022-ci ilin iyulunda Türkiyənin xarici ticarət dövriyyəsi 47,791 milyard dollar təşkil edib.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-ə ölkənin Ticarət Nazirliyindən bildiriblər.

İyul ayında Türkiyənin ixracı ötən ilin iyulu ilə müqayisədə 13,4 faiz artaraq 18,551 milyard dollara, idxalı isə 41,4 faiz artaraq 29,24 milyard dollara çatıb.

Türkiyənin 2022-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 350,839 milyard dollar təşkil edib.

Hesabat dövründə Türkiyənin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 faiz artaraq 144,331 milyard dollara, idxalı isə 40,7 faiz artaraq 206,508 milyard dollara çatıb.

Qeyd edək ki, 2021-ci ildə Türkiyənin xarici ticarət dövriyyəsi 496,715 milyard dollar, ixracı 225,291 milyard dollar, idxalı 271,424 milyard dollar təşkil etmişdi.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti