...

NASA Aya uçuşu təxirə saldı

Dünya xəbərləri Materials 29 Avqust 2022 16:56 (UTC +04:00)
NASA Aya uçuşu təxirə saldı
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) Aya göndərəcəyi "Artemis 1" missiyasının buraxılışını təxirə salıb.

Trend-in məlumatına görə, bu barədə agentliyin açıqlamasında deyilir.

Qeyd olunur ki, "Orion" kosmik aparatını daşıyan missiya Bakı vaxtilə saat 16:33-də yola düşməli idi.

Təxirə salınmaya mühərrikdə yaranan texniki nasazlıq səbəb olub. Növbəti buraxılış vaxtının yaxın zamanlarda açıqlanacağı bildirilib.

Qeyd edək ki, NASA növbəti 10 il ərzində Aya insan göndərmək üçün "Artemis" proqramını işə salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti