...

Qrossi növbəti həftənin əvvəli Rusiyaya səfər edəcək

Dünya xəbərləri Materials 7 Oktyabr 2022 22:15 (UTC +04:00)
Qrossi növbəti həftənin əvvəli Rusiyaya səfər edəcək

Bakı. Trend:

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi gələn həftənin əvvəlində Zaporojye Atom Elektrik Stansiyasının ətrafında təhlükəsizlik zonasının yaradılması ilə bağlı məsləhətləşmələr aparmaq üçün Rusiyaya səfər edəcək.

Trend xəbər verir ki, bu barədə AEBA-nın saytında yerləşdirilən açıqlamada deyilir.

"Dünən baş direktor R.Qrossi Kiyevdə olub və burada Ukrayna prezidenti Volodimir Zelenski ilə Zaporojye Atom Elektrik Stansiyasındakı vəziyyət və AEBA-nın obyekt ətrafında nüvə təhlükəsizliyi zonasının yaradılması təklifi ilə bağlı danışıqlar aparıb. Gələn həftənin əvvəlində o, bu planı razılaşdırmaq və mümkün qədər tez həyata keçirmək üçün bu planla bağlı əlavə məsləhətləşmələr aparmaq məqsədilə Rusiya Federasiyasına gedəcək", - deyə açıqlamada bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti