...

Türkiyənin terror hücumlarından müdafiə olunmaq hüququ var - Ağ Ev

Dünya xəbərləri Materials 29 Noyabr 2022 06:27 (UTC +04:00)
Türkiyənin terror hücumlarından müdafiə olunmaq hüququ var - Ağ Ev

Bakı. Trend:

ABŞ Türkiyənin özünü terror hücumlarından müdafiə etmək hüququna malik olduğuna inanır.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Onun sözlərinə görə, "xatırlamaq lazımdır ki, Türkiyə terror hücumlarına məruz qalmağa davam edir” və bu səbəbdən də “özünü və vətəndaşlarını hücumlardan müdafiə etmək hüququna malikdir”.

"Onlara qarşı terror hücumları olub, lakin biz xüsusilə Suriyada daha çox qurbanlara səbəb olacaq hərəkətləri görmək istəmirik <...>. Biz gərginliyin azalmasını istəyirik", - deyə C.Kirbi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti