Bakı. Trend:
Kubanın şərqindəki Olqin əyalətinin Pinares-de-Mayari bələdiyyəsində meşə yanğınının əhatə etdiyi ərazi 3,6 min hektara yüksəlib.
Trend xəbər verir ki, bu barədə Kubanın Təbii Tənzimləmə və Təhlükəsizlik İdarəsinin direktoru Xorxe Alvares özünün "Twitter" səhifəsində yazıb.
"La-Mensura təbiət qoruğu da daxil olmaqla, Pinares-de-Mayari yanğınından 3600 hektardan çox ərazi zərər çəkib. Ətraf mühitə dəymiş ziyanın qiymətləndirilməsi aparılacaq ki, bu da təəssüf ki, məhv edilmiş ağaclarla məhdudlaşmır", - deyə o bildirib.