Bakı. Trend:
Fransanın paytaxtı Paris şəhərində cümə axşamı hüquq-mühafizə orqanları pensiya islahatlarına qarşı aksiyalarda 120-dən çox etirazçını saxlayıb.
Trend xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinə istinadən "BFM" telekanalı məlumat yayıb.
Xatırladaq ki, ötən gün Parisdə pensiya islahatlarına qarşı etiraz aksiyaları keçirilib. Aksiyalar zamanı etirazçılar və polislər arasında toqquşmalar olub. Polislər əməkdaşları gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə ediblər.