Bakı. Trend:
Kuba Xalq Hakimiyyəti Milli Assambleyasının (birpalatalı parlament) deputatları çərşənbə günü hazırkı dövlət başçısı Migel Dias-Kanel Bermudesi 2028-ci ilə qədər respublikanın prezidenti seçiblər.
Trend "TASS"a istinadən xəbər verir ki, iclasda iştirak edən 462 deputatdan 459-u M.Dias-Kanelin namizədliyinin lehinə səs verib.
Məlumata əsasən, hazırkı vitse-prezident Salvador Valdez Mesa yenidən Kubanın vitse-prezidenti seçilib.
Parlament həmçinin prezidentin hazırkı hökumət başçısı Manuel Marreronu baş nazir postuna təyin etmək təklifini təsdiqləyib (o, 2019-cu ildən baş nazir vəzifəsini icra edir). Bundan əlavə, hökumətin tərkibi səs çoxluğu ilə təsdiq edilib.