...

Dünyada dollardan tədricən imtina qeydə alınır - BVF

Dünya xəbərləri Materials 2 May 2023 05:37 (UTC +04:00)
Dünyada dollardan tədricən imtina qeydə alınır - BVF

Bakı. Trend:

Dünya dollardan tədricən imtina etməyə başlayıb.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun icraedici direktoru Kristalina Georgiyeva bildirib.

O, bu valyutanın istifadəsinin perspektivlərindən danışaraq, bu məsələnin narahatlıq doğurmadığını qeyd edib: “Dollardan tədricən imtina var, lakin mən buna alternativ görmürəm. Bu, ən azı yaxın vaxtlarda olmayacaq”.

Bundan əvvəl Rusiya Baş nazirinin müavini Aleksandr Novak enerji resursları üçün hesablamalarda dollar və avrodan tamamilə imtina etdiyini açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti