...

Çinin xarici işlər naziri Rusiyaya səfərə yola düşüb

Dünya xəbərləri Materials 18 Sentyabr 2023 12:06 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Çinin xarici işlər naziri Vanq Yi Rusiyaya 4 günlük səfərə yollanıb.

Trend xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Vanq Yi Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin dəvəti ilə strateji təhlükəsizlik üzrə Çin-Rusiya məsləhətləşmələrinin 18-ci raundunda iştirak etmək üçün yollanıb.

18-21 sentyabr tarixlərində davam edəcək səfər çərçivəsində təhlükəsizlik məsələlərinin müzakirə olunacağı deyilir.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər nazirliyinin bildirilib ki, Vanq Yi Moskvada həmkarı Sergey Lavrovla görüşəcək. Nazirlərin görüşündə ikitərəfli əməkdaşlıq məsələlərinin, o cümlədən, yüksək səviyyədə təmaslar müzakirə olunacağı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti