...

İŞİD İstanbuldakı silahlı insidentin məsuliyyətini öz üzərinə götürüb

Dünya xəbərləri Materials 29 Yanvar 2024 03:00 (UTC +04:00)
İŞİD İstanbuldakı silahlı insidentin məsuliyyətini öz üzərinə götürüb

Bakı. Trend:

İŞİD terror təşkilatı Türkiyənin İstanbul şəhərində yerləşən “Santa Mariya” kilsəsində baş verən silahlı insidentə görə məsuliyyəti öz üzərinə götürüb.

Trend xəbər verir ki, bu barədə “Reuters” terrorçuların bəyanatına istinadən məlumat yayıb.

Qeyd edək ki, silahlı hücum dünən yerli vaxtla saat 11:40 radələrində İstanbulda yerləşən “Santa Mariya” kilsəsində bazar ibadəti zamanı baş verib. Maskalı iki şəxs tərəfindən açılan atəş nəticəsində kilsə işçisi olan 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşı ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti