Bakı. Trend:
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Ermənistanın Fələstini tanımaq qərarına reaksiya verib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Netanyahunun ofisinin müşaviri açıqlama yayıb.
"İrəvanın Fələstini tanımaq qərarı Ermənistanın İsraillə münasibətləri üçün ciddi, uzunmüddətli nəticələrə səbəb olacaq", - deyə o qeyd edib.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi ölkənin Fələstini dövlət kimi tanıdığı barədə bəyanat verib. Bununla bağlı olaraq Ermənistan səfiri şiddətli töhmət vermək üçün İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.
xxx
13:27
Ermənistan səfiri İsrailin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb İsrailin Fələstin dövlətini tanıdığını elan etməsi olub.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi Fələstin Dövlətinin tanınması ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, “müxtəlif beynəlxalq platformalarda Ermənistan həmişə Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllini müdafiə edib və İsrail-Fələstin münaqişəsinin həllinin “iki dövlət” prinsipini dəstəkləyib".
“Ermənistan Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olmasında, yəhudi və Fələstin xalqları arasında davamlı sülhün bərqərar olunmasında səmimi maraq göstərir. Müxtəlif beynəlxalq platformalarda biz hər zaman Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllinin tərəfdarı olmuşuq və İsrail-Fələstin münaqişəsinin həllində “iki dövlət” prinsipini dəstəkləmişik”, - məlumatda qeyd olunub.