...

Çinin şimalında güclü küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

Dünya xəbərləri Materials 14 Aprel 2025 06:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Milli Meteorologiya Mərkəzi ölkənin şimalında bir neçə bölgədə güclü küləklə əlaqədar narıncı xəbərdarlıq elan edib.

Trend xəbər verir ki, Şansi və Hebey əyalətləri, eləcə də paytaxt Pekində küləyin sürətinin 11 bala qədər güclənəcəyi proqnozlaşdırılır.

Bundan əlavə, Bohay, Sarı və Şərqi Çin dənizlərində qum və qar fırtınası gözlənilir. Hakimiyyət orqanları əhalini ehtiyatlı olmağa və mümkün qədər açıq havada hərəkətdən çəkinməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti