...

Sloveniyada dağ xizək idmançıları arasında "Xocalıya ədalət" kampaniyası çərçivəsində marafon keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2015 12:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Azərbaycanın Sloveniyadakı diplomatik nümayəndəliyinin təşəbbüsü ilə Avropanın ən məşhur Roqla dağ xizək idman kompleksində "Xocalıya ədalət" kampaniyası çərçivəsində Sloveniyanın peşəkar dağ xizək idmançıları arasında "Ədalət naminə qaç" devizi altında marafon keçirilib.

Diplomatik nümayəndəlikdən Trend-ə bildiriblər ki, əyinlərində "Xocalıya ədalət" yazılmış köynəklərlə xizək yürüşünə qatılan qalib idmançılara Sloveniyadakı diplomatik nümayəndəliyimizin təsis etdiyi "Xocalıya ədalət " kubokları təqdim olunub.

Sloveniyanın Olimpiya Komitəsi rəsmilərinin, diplomatik korpus nümayəndələrinin, tanınmış idman ustalarının və media təmsilçilərinin iştirak etdiyi marafonda Sloveniyanın yüzə yaxın dağ xizək idmançıları iştirak edib. Marafona iştirakçı qismində Sloveniya parlamentinin deputatlarının və olimpiya komitəsinin nümayəndələrinin qatılması media təmsilçilərinin diqqət mərkəzində olub.

"Xocalıya ədalət" marafonu başa çatdıqdan sonra dağ xizək idmançılarına "Xocalını tanı, haqsızlıqla üzləşmə" kubok və pul mükafatlarının təqdimat mərasimi olub. Təqdimat mərasimində Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov və Sloveniyadakı diplomatik missiyamızın rəhbəri Azər Xudiyev çıxış edərək, 23 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdikləri misli görünməmiş vəhşiliklərdən söz açıblar.

Xocalı faciəsini qəddarlıq baxımından XX əsrin ən amansız soyqrım aktı adlandıran Azər Xudiyev 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilərin 632 nəfər dinc əhalini amansızcasına qətlə yetirdiklərini, onların arasında isə uşaqların qadınların və yaşlı insanların olduğunu bildirib və indiyədək belə bir bəşəri cinayətə dünya birliyinin hüquqi syasi qiymət verməməərini tarixi ədalətsizlik kimi qiymətləndirib.

Sonra tədbirə qatılanlar Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış "Xocalı harayı" filminə baxmaqla beynəlxalq aləmdə yazıq və məzlum libasına bürünmış erməni hiyləgərliyinin vəhşilik obrazı ilə tanış olublar.

Tədbirin ən maraq və qan donduran hissəsi isə Azərbaycanın Sloveniyadakı diplomatik nümayəndəliynin sifarişi əsasında Maribor şəhər milli folklor ansanblının hazırladığı "İşıqlı həyata iblis hücumu" bədii kompozisyasının nümayiş etdirilməsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti