...

Azərbaycan MOK binası “Azərbaycanlı idmançıların evi” olacaq

Baku 2015 : EUROGAMES Materials 29 May 2015 13:15 (UTC +04:00)
I Avropa Oyunları zamanı Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) binası “Azərbaycanlı idmançıların evi” olacaq.
Azərbaycan MOK binası “Azərbaycanlı idmançıların evi” olacaq

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir Ənvər Məmmədov/

I Avropa Oyunları zamanı Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) binası "Azərbaycanlı idmançıların evi" olacaq. Bu barədə Trend-ə Azərbaycan MOK-un vitse-prezidenti Çingiz Hüseynov idman federasiyalarının başçıları ilə görüşdə deyib.

Onun sözlərinə görə, I Avropa Oyunları zamanı MOK-un binasında hər gün saat 13:00-dan 14:00-a kimi əvvəlki gün ölkəyə medal qazandırmış azərbaycanlı idmançı ilə görüş təşkil ediləcək, görüşə idmançının ailəsi və yaxınları, həmçinin yerli və xarici mətbuat nümayəndələri dəvət olunacaq: "Bu görüşlərin əsas məqsədi medalçılarımızı nəinki Azərbaycana, həmçinin bütün Avropaya təqdim etməkdir. Bu görüşlər çərçivəsində iyunun 23-də Beynəlxalq Olimpiya Günü münasibətilə tədbir təşkil ediləcək. Tədbirdə Avropa Olimpiya Komitəsinin rəhbərliyinin iştirak edəcəyi gözlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti