...

Çingiz Hüseynzadə: Azərbaycan dünyanın ən sivil, ən qüdrətli ölkəsi olduğunu göstərdi

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 14:02 (UTC +04:00)
"Azərbaycanın Avropa Oyunlarında qazanılan medalların sayına görə 2-ci sırada olması böyük nəticədir".
Çingiz Hüseynzadə: Azərbaycan dünyanın ən sivil, ən qüdrətli ölkəsi olduğunu göstərdi

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Vüqar İmanov/

"Azərbaycanın Avropa Oyunlarında qazanılan medalların sayına görə 2-ci sırada olması böyük nəticədir". Trend-in məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O, qeyd edib: "Artıq 3 yarış günü qalıb. Azərbaycan yenə də ikinci yerdədir. Bu, böyük nəticədir. İnanıram ki, sona kimi belə olacaq. Məni sevindirən odur ki, Azərbaycan ənənəvi idman növündə deyil, digər idman növlərində də medal qazanıb. Bu onu göstərir ki, bütün ölkədə idman növləri inkişaf edir".

Ç.Hüseynzadə bildirib ki, Azərbaycan idman ölkəsidir: "Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin 1997-ci ildən göstərdiyi diqqət və qayğı nəticəsində idmanın belə yüksək inkişafına nail olmuşuq. Azərbaycan dövləti, Azərbaycan idmanı Avropa Oyunlarından çox şey uddu. Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın başçılığı ilə bu böyük tədbirin təşkili göstərdi ki, Azərbaycan dünyanın ən sivil, ən qüdrətli ölkələrindən biridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti