...

Sloveniyada Mehdi Hüseynzadəyə həsr olunmuş roman təqdim olunub (FOTO)

Mədəniyyət Materials 7 Dekabr 2012 16:55 (UTC +04:00)
Sloveniyanın Nova Qoritsa şəhərinin Çepovani qəsəbəsində yerli sloven yazıçı Peter Amelietti tərəfindən Sovet İttifaqı qəhrəmanı, həmyerlimiz Mehdi Hüseynzadəyə həsr olunmuş "Jeden za vse Mihajlovo Mascevanje" (Mixaylonun təkbaşına qisası") adlı ikicildli romanının təqdimatı keçirilib.
Sloveniyada Mehdi Hüseynzadəyə həsr olunmuş roman təqdim olunub (FOTO)

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir E.Mehdiyev/

Sloveniyanın Nova Qoritsa şəhərinin Çepovani qəsəbəsində yerli sloven yazıçı Peter Amelietti tərəfindən Sovet İttifaqı qəhrəmanı, həmyerlimiz Mehdi Hüseynzadəyə həsr olunmuş "Jeden za vse Mihajlovo Mascevanje" (Mixaylonun təkbaşına qisası") adlı ikicildli romanının təqdimatı keçirilib.

Dünya Azərbaycanlı Gənclər Birliyindən (DAGB) Trend-ə verilən məlumata görə, təqdimat mərasimində Nova Qoritsa şəhərinin meri, Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev, yerli Yazıçılar İttifaqının üzvləri, DAGB-nin nümayəndəsi Günel Həsənova, Sloveniya Veteranlar Şurası və Mehdi Hüseynzadənin sloveniyalı veteran döyüşçü dostları qatılıb.

Təqdimatın açılışında Azərbaycan-Sloveniya dostluq əlaqələrindən bəhs edilib. Azər Xudiyev təqdimatda geniş çıxış edib, ölkələrimiz və xalqlarımız arasında olan dostluğun tarixçəsindən, Mehdi Hüseynzadənin hər iki xalq üçün qəhrəmanlıq rəmzi olduğunu qeyd edib.

Daha sonra kitabın yazışısı Peter Amelietti qələmə aldığı romanın məzmunu ilə iştirakçıları tanış edib. Sloven yazar öz çıxışında bu romanın Azərbaycan-Sloveniya əlaqələrinin möhkəmlənməsində mühüm rolundan və hər iki ölkənin gənclərinə vətənpərvərlik ruhunun aşılanmasında müstəsna rolunu vurğulayıb.

Daha sonra qonaqlara qısametrajlı "Onun təxəllüsü Mixaylo idi" sənədli film nümayiş olunub.

DAGB-nin nümayəndəsi Günel Həsənova təqdimat gecəsi Mixaylonun döyüş dostları olmuş yerli veteranlarla söhbət aparıb, onlara Azərbaycan xalqı tərəfindən Mehdi Hüseynzadənin necə dərin məhəbbətlə sevildiyini, Bakının mərkəzi küçəsində Mixaylonun abidəsinin ucaldığından bəhs edib.

Yerli veteranların sözlərinə görə, Mixaylo hər iki xalqın qəhrəman övladı sayılır. Sloveniyada onun ev muzeyinin daima yerli xalq tərəfindən ziyarət olunduğu vurğulanıb. Sovet İttifaqı qəhrəmanı Mixaylonun məzarı da məhz Çepovani qəsəbəsində yerləşir. Məzarının üzərində "Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır" sözləri həkk olunduğu və hər bir sloveniyalı üçün onun xatirəsinin əziz olduğu söylənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti