...

Jerar Depardyeyə Rusiya vətəndaşlığı verildi

Mədəniyyət Materials 3 Yanvar 2013 12:55 (UTC +04:00)
Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin fransız aktyor Jerar Depardyenin RF vətəndaşlığına qəbul edilməsi haqqında fərman imzalayıb.
Jerar Depardyeyə Rusiya vətəndaşlığı verildi

Azərbaycan, Bakı, 3 yanvar /Trend/

Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin fransız aktyor Jerar Depardyenin RF vətəndaşlığına qəbul edilməsi haqqında fərman imzalayıb. Bu barədə Trend cümə axşamı Kremlin saytına istinadən məlumat verir.

"RF Konstitusiyasının 89-cu maddəsinin "a" bəndinə uyğun olaraq, 1948-ci ildə Fransada anadan olan Jerar Depardyenin RF vətəndaşlığına qəbul edilməsi haqqında ərizəsi təmin edilsin", - fərmanda deyilir.

Qeyd edək ki, aktyor Fransa Prezidenti Fransua Ollandın illik gəliri 1 milyon avrodan çox olan şəxslərdən 75 faiz vergi tutulmasını nəzərdə tutan vergi islahatından sonra yaşayış yerini dəyişməyə qərar vermişdi. O, Fransa pasportundan imtina edərək Belçika vətəndaşlığını qəbul etmək niyyətində olduğunu bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti