...

Türkmənistanın Azərbaycandakı səfiri BAMF-ın ofisini ziyarət edib (FOTO)

Gündəm Materials 14 İyul 2018 09:20 (UTC +04:00)
Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanqulıyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qonağı olub və Fondun gördüyü işlər və layihələrlə tanış olub.
Türkmənistanın Azərbaycandakı səfiri BAMF-ın ofisini ziyarət edib (FOTO)

Bakı. Trend:

Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mekan İşanqulıyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qonağı olub və Fondun gördüyü işlər və layihələrlə tanış olub.

Trend-in məlumatına görə, görüş zamanı Türkmənistan səfiri Mekan İşanqulıyev və BAMF-ın prezidenti Umud Mirzəyev bir sıra məsələlərə, o cümlədən Azərbaycan ilə Türkmənistan arasında əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunublar.

BAMF prezidenti U.Mirzəyev Türkmənistan səfirinə Fondun fəaliyyəti barədə məlumat verib. O, qeyd edib ki, 1992-ci ildə yaranandan bəri BAMF fəaliyyətini genişləndirərək hazırda Azərbaycandan kənarda dünyanın bir çox ölkələrində böyük bir tərəfdaş şəbəkəsinə malikdir. Fondun prezidenti 25 il ərzində BAMF tərəfindən vətəndaş cəmiyyəti, qaçqın və məcburi köçkünlər sahəsində həyata keçirilən layihələr barədə məlumat verib.

U.Mirzəyev qeyd edib ki, mətbuat orqanı olaraq obyektiv məlumatların yayılması da Fondun fəaliyyət sahəsinə daxildir. Fond Azərbaycanda beynəlxalq təşkilatlar, BMT agentlikləri, diplomatik nümayəndəliklərlə əməkdaşlıq edərək müxtəlif humanitar layihələri həyata keçirir.

BAMF prezidenti həmçinin, regionda sülhün təmin olunmasının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, münaqişələrdən ən çox dinc əhali əziyyət çəkir. BAMF prezidenti Türkmənistanın Azərbaycandakı səfirliyi ilə müxtəlif istiqamətlərdə birgə əməkdaşlığa hazır olduğunu bildirib.

Öz növbəsində, Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanqulıyevə Beynəlxalq Avrasiya Mətbuat Fondunun müxtəlif sahələrdə fəaliyyəti barədə məlumat verilib.

Səfirin sözlərinə görə, Azərbaycan və Türkmənistanın mədəni və tarixi kökləri bir-birinə sıx bağlıdır. M.İşanqulıyev səfirliyin əsas vəzifəsinin Azərbaycan və Türkmənistan xalqları arasında əlaqələrin daha da genişləndirilməsi və gücləndirilməsi olduğunu qeyd edib. Səfir Türkmənistan və Azərbaycan arasında münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayıb. İki ölkə arasında əlaqələr yüksələn istiqamətdə inkişaf edir. Prezident Qurbanqulu Berdimuhammedovun Azərbaycana rəsmi səfəri bu inkişaf üçün yaxşı stimul olmuşdur.

Sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti U.Mirzəyev ziyarət etdiyi üçün səfirə minnətdarlığını bildirib.

Görüşün sonunda Mekan İşanqulıyev dəvətə görə Umud Mirzəyevə təşəkkür edib və ona "Canlı Əfsanə" kitabını təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti