Bakı. Trend:
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən iyulun 25-dən 28-nə kimi qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 22-si Gürcüstan, 13-ü Pakistan, 12-si Rusiya, 10-u Türkiyə, 6-sı Banqladeş, 6-sı İraq, 1-i Türkmənistan, 1-i Misir, 1-i İran, 1-i Hindistan və 1-i Moldova vətəndaşı olmaqla ümumilikdə 74 əcnəbi saxlanılıb.
DMX-dən Trend-ə verilən məlumata görə, saxlanılmış 5 nəfərin Gürcüstan və 1 nəfərin İran vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadıqları, 3 nəfərin Türkiyə vətəndaşının Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədini pozduqları, digər 65 nəfərin isə ölkədə qanunsuz yaşadıqları müəyyən edilib.
Saxlanılmış əcnəbilərdən 57 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin ölkəmizin hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.