...

Bakının mərkəzində yol çökdü

Gündəm Materials 17 Oktyabr 2018 14:46 (UTC +04:00)
Bakıda yolda çökmə hadisəsi baş verib.
Bakının mərkəzində yol çökdü

Bakı. Samir Əli - Trend:

Bakıda yolda çökmə hadisəsi baş verib.

Bunu Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hadisə paytaxtın Səməd Vurğun küçəsində baş verib:

"Həmin yolun kənarında tikinti şirkəti hündürmərtəbəli bina tikir. Bina tikintisi zamanı istinad svayları vurulmayıb. Nəticədə yolun kənarında 3 metr enində, 60 metr uzunluğunda yer çöküb. Ərazidə hərəkət dayanmayıb. Hazırda dəymiş ziyan öyrənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti