...

Badamdar sürüşmə sahəsində son vəziyyət açıqlanıb

Gündəm Materials 2 Fevral 2021 17:06 (UTC +04:00)
Badamdar sürüşmə sahəsində son vəziyyət açıqlanıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Badamdarda sürüşmə olan zonada prosesin dinamikası zəifləyib.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” verilişində Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

Onun sözlərinə görə, hazırda hadisə baş verən yerdə qurumun mütəxəssisləri işləyirlər:

“Mütəxəssislərimiz tərəfindən gündəlik monitorinqlər davam etdirilir. Təbii ki, vizual müşahidələr günün işıqlı vaxtında aparıldıqda prosesin dinamikasında zəifləmə qeyd edilsə də, tam qərarlaşma mövcud deyil. Bu işdə bir az zamana ehtiyac var, belə ki, son günlərin yağışları, yamacda qismən çuxurların kolloidləşməsinə şərait yaradıb. Eyni zamanda, mərkəzi çuxur kütləsinin axması zamanı onun sağ və sol cinahlarında qismən asılı çuxur kütlələri yaranıb ki, onların da nəmişlik dərəcisindən asılı olaraq dayanıqlılığı itmiş sayılır”.

Ə.Əliyev qeyd edib ki, hazırda proseslərin yekunlaşmasını gözləyirlər:

“Proseslər yekunlaşdıqdan sonra orada bərpa işlərinə başlanılacaq. Eyni zamanda, bərkitmə işləri, yamac boyu çıxan su mənbələrinin ləğv edilməsi və digər tədbirlərin icra edilməsi həyata keçiriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti