...

Azad edilmiş torpaqlarımızda flora və faunanın bərpası üçün tədbirlər nəzərdə tutulub - Xidmət rəisi (ÖZƏL)

Gündəm Materials 2 Fevral 2022 14:57 (UTC +04:00)
Azad edilmiş torpaqlarımızda flora və faunanın bərpası üçün tədbirlər nəzərdə tutulub - Xidmət rəisi (ÖZƏL)

Bakı. Fərid Zöhrabov - Trend:

İşğaldan azad edilmiş torpaqlarımızda flora və faunanın bərpası üçün müəyyən tədbirlər nəzərdə tutulub.

Bunu Trend-in suallarını cavablandırarkən Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Onun sözlərinə görə, həmin ərazilərin minalardan, partlamamış sursatlardan təmizlənməsi prosesi hazırda davam edir.

"Hələ ki, həmin ərazilərdə heyvanların reintroduksiya məsələsiylə bağlı müəyyən çətinliklər var. Azad olunmuş torpaqlar minalardan, partlamamış sursatlardan təmizlənəndən sonra həmin ərazilərdə bu prosesi həyata keçirmək mümkün olacaq", - deyə o əlavə edib.

Xidmət rəisi bildirib ki, ceyranların reintroduksiyası üzrə onların təcrübəsi var.

"Təhlükəsizlik tam təmin olunduqdan sonra bu təcrübəni biz Qarabağda da tətbiq edə bilərik. Həmin ərazilərə xas olan heyvanlar üçün reintroduksiya tətbiq edəcəyik. İnvaziv növlərə icazə verilməyəcək. Yerli növlərin gələcəkdə artırılması da planlarımızda var", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti