...

Sülhməramlılara aid daha doqquz avtomobil Laçın yolundan maneəsiz keçib (FOTO)

Gündəm Materials 11 Mart 2023 13:23 (UTC +04:00)
Sülhməramlılara aid daha doqquz avtomobil Laçın yolundan maneəsiz keçib (FOTO)

Şuşa. Trend:

Rusiya sülhməramlı kontingentinə məxsus daha bir avtomobil karvanı Laçın yolundan maneəsiz keçid edib.

Bu barədə Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir.

Belə ki, Laçın istiqamətindən gələn 9 avtomobil aksiya keçirilən ərazidən maneəsiz keçərək Xankəndi istiqamətinə gedib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 90 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti