...

Tərtərdə mina partlayıb, bir nəfər xəsarət alıb

Gündəm Materials 26 Aprel 2023 09:44 (UTC +04:00)
Tərtərdə mina partlayıb, bir nəfər xəsarət alıb

Bakı. Trend:

Tərtərdə mina partlayıb, bir nəfər partlayıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, 2023-cü il 26 aprel tarixində Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Piyada əleyhinə minanın partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb.

Xəsarət alan şəxs Bərdə rayon xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir. Həyatı təhlükəsi yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti