Bakı. Trend:
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xətai rayonunda yanğın baş verən əraziyə gəlib.
Trend xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı hadisə yerində jurnalistlərə açıqlama da verib.
"Mən heç də demək istəmirəm ki, bu qlobal istiləşmə ilə bağlı olan bir hadisədir. Hadisənin səbəblərini yalnız ekspertizadan sonra demək mümkün olacaq", - deyə E.Əzizov bildirib.
Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında məişət tullantıları və qamışlıq sahədə yanğın baş verib. Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.