...

Sumqayıtda piyada qadın avtomobilin altında qalaraq ölüb

Hadisə Materials 14 Yanvar 2014 12:15 (UTC +04:00)
Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Sumqayıtda piyada qadın avtomobilin altında qalaraq ölüb

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İzzət/

Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 13-də axşam saat 22 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayonun ərazisində şəhər sakini Rəşad Babayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Şərur rayon sakini Xanım Həsənovanı vurmuş və idarəetməni itirdiyindən avtomobili yolun kənarındakı ağaca çırpıb.

Piyada X.Həsənova hadisə yerində ölüb, R.Babayev isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti