Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İzzət/
Bakıda rəsmi sənədləri saxtalaşdıran şəxs saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178 (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Cəvahir Novruzi tutulub.
Faktla bağlı araşdırma aparılır.
Bakıda rəsmi sənədləri saxtalaşdıran şəxs saxlanılıb
Faktla bağlı araşdırma aparılır.
