Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir İlkin İzzət/
Bakıda avtomobillə vurulan piyada qadın xəstəxanada ölüb.
Xəzər Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Mehdiyev Eldar Kamil oğlu idarə etdiyi "VAZ-21093" markalı, 10-FX-989 dövlət qeydiyyat nişanlı avtomobillə dekabrın 21-də saat 17:30 radələrində Mərdəkan-Bilgəh yolu ilə hərəkət edərkən Mingəçevir şəhər sakini, 1957-ci il təvəllüdlü Sevil Mirzəyevanı vurub.
Yol qəzası zamanı ağır bədən xəsarəti alan qadın xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsində araşdırma aparılır.