...

Sumqayıtda piyada qadın avtomobilin altında qalıb

Hadisə Materials 8 Yanvar 2015 12:50 (UTC +04:00)
Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Sumqayıtda piyada qadın avtomobilin altında qalıb

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İlkin İzzət/

Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 7-də saat 13 radələrində Sumqayıt şəhərində şəhər sakini Ramil Əsgərov idarə etdiyi "QAZ-3110" markalı avtomobillə yolu keçən həmyerlisi Minarə Mədətovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti