...

Avtobus 31 yaşlı qadını vuraraq öldürüb

Hadisə Materials 4 Fevral 2015 12:12 (UTC +04:00)
Bakıda avtobus piyada qadını vuraraq öldürüb.
Avtobus 31 yaşlı qadını vuraraq öldürüb

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda avtobus piyada qadını vuraraq öldürüb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 3-də saat 20:30 radələrində, M.Nərimanov küçəsində Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Kamran Bəndəliyev idarə etdiyi 131 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı avtobusla 1984-cü il təvəllüdlü Günel Kərəmovanı vurub.

Nəticədə G.Kərəmova aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, yol qəzası zamanı qadın avtobus dayanacağında durubmuş.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti