...

"Balaxanı zibilliyi"ndən silah-sursat tapıldı

Hadisə Materials 22 Dekabr 2015 13:24 (UTC +04:00)
Balaxanı poliqonunda silah-sursat tapılıb.
"Balaxanı zibilliyi"ndən silah-sursat tapıldı

Bakı. Samir Məmmədov - Trend:

Balaxanı poliqonunda silah-sursat tapılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, silah-sursat Balaxanı məişət tullantıları poliqonundan aşkarlanıb.

Sabunçu rayon Polis İdarəsi 12-ci Polis bölməsinin əməkdaşları tərəfindən "Təmiz şəhər" ASC-nin Balaxanı məişət tullantıları poliqonundan istifadəyə yararsız "Makarov" markalı tapança, pnevmatik tapança, süngü bıçaq, 198 ədəd müxtəlif çaplı patron və avtomat üçün patron darağı tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti