...

48 yaşlı qadın killeri ittihamları rədd etdi

Hadisə Materials 21 Sentyabr 2016 16:14 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elşad Həsənov və Rüstəm Rzayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
48 yaşlı qadın killeri ittihamları rədd etdi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elşad Həsənov və Rüstəm Rzayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxs E.Həsənov cinayət hadisəsini törətmədiyini deyib: "Sevil Rzayevanı mən öldürməmişəm. Qadının öldürülməsi sifarişini əmim Kərimə deyib. Onu da əmim öldürüb. Mən sadəcə ora paltar götürməyə getmişəm. Günahım yoxdur".

Məhkəmənin növbəti prosesi sentyabrın 28-nə təyin edilib.

İttihama görə, həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan R.Rzayev ondan ayrılıb. Mərhum həyat yoldaşı isə ona məxsus evdən və obyektdən pay verməsini tələb edib. R.Rzayev bundan sonra qətli planlaşdırıb. Bu məqsədlə də ər 48 yaşlı arvadının qətlə yetirilməsi üçün E.Həsənova 2 min manat verib. Qadın yaşadığı mənzildə qətlə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti