...

Türkiyədə zəlzələ - Muğla 4,6 balla "silkələndi"

Hadisə Materials 24 Oktyabr 2017 15:07 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Muğla vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələnin episentrinin Bodrum şəhərindən 10 kilometr məsafədə qeydə alınması bildirilib.

Yeraltı təkanlar 19 kilometr dərinlikdə baş verib.

İnsan təlafatı və dağıntılar barədə hələ məlumat daxil olmayıb.

Qeyd edək ki, Türkiyə seysmoaktiv ərazidə yerləşir.

Xəbər lenti

Xəbər lenti