...

Kürdə tapılan meyitin 11 yaşlı uşağa məxsus olduğu müəyyənləşib (YENİLƏNİB)

Hadisə Materials 9 İyun 2018 22:37 (UTC +04:00)
Kür çayında naməlum meyit aşkarlanıb.
Kürdə tapılan meyitin 11 yaşlı uşağa məxsus olduğu müəyyənləşib (YENİLƏNİB)

Bakı. Trend:

Kür çayının Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində aşkarlanan meyit dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Trend-ə FHN-dən verilən məlumata görə, meyitə ilkin baxış zamanı onun 06.06.2018-ci il tarixində həmin ərazidə batdığı ehtimal olunan 2007-ci il təvəllüdlü Zərbalıyev Davud Pirverdi oğluna aid olduğu müəyyən edilib.

X X X

21:41

Kür çayında naməlum meyit aşkarlanıb.

FHN-dən Trend-ə verilən məlumata əsasən, Kür çayının Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində naməlum meyit aşkar olunub.

Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri meyitin götürülməsi üçün əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti